İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, keçən həftə əsgərlərinin 3 adama təcavüz etməsinə izacə verdiyini söyləyən Duterteye dünya ictimaiyyəti sərt reaksiya göstərmişdi.
Bu adlar arasında ən diqqət çəkənlərdən biri də ABŞ keçmiş Başçısı Bill Clinton və keçmiş xarici işlər naziri Hillari Klintonun qızı Chelsea Clinton oldu.
Etdiyi açıqlamanı zarafat olduğunu söyləyən Duterte, Clinton ailəsinə köhnə dəftərləri açaraq cavab verdi. Chelsea Klintona atası Bill Klintonun Ağ Evdə yaşanan seks skandalını xatırladan Duterte, \”Atan, ABŞ prezidenti, Ağ Evdəki qızla, Lewinskylə sevişərkən özünü necə hiss etdin? Atana əsəbləşdin mı\”- deyə soruşdu.
Xatırladaq ki, Klinton 1998-ci ildə Ağ Evdə şagirdi olan Monica Lewinsky ilə münasibətdə olmuş, bu hadisə ABŞ-da böyük bir qalmaqala səbəb olmuşdu.
İnterpress.az