İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, zərər çəkmiş ailələrin yaxınları tərəfindən təxminən iki ildir icra etdikləri qanuni mübarizə sonrasında Valencia şəhərinin Paterna mahalında qazılmağa başlanan kütləvi məzardan bu səhər insan qalıqları çıxarıldı.
İndiyə qədər 12 adamın qalıqlarının çıxarıldığı məzara, gülləyə düzülərək öldürülmüş təxminən 60 adamın basdırıldığı güman edilir.
Beş ailəylə qazıntı əməliyyatlarına şahidlik edən Franco dövrü qurbanı ailələrin qurduğu dərnəyin başçısı Santi Valles, məzarda təxminən 60 adamın qalıqlarının olduğunu təxmin etdiklərini, bu kəslərin 18 Yanvar 1940 ilə 19 Sentyabr 1941 tarixləri arasında Franco əsgərləri tərəfindən gülləyə düzülərək öldürüldüyünü sanıldığını qeyd etdi.
Valles, Paternadakinin, İspaniyada indiyə qədər açılan, Franco dövrünə aid ən böyük toplu məzar olduğunun təxmin edildiyini vurğuladı.
Bundan sonra qazıntı əməliyyatlarının polis nəzarətində ediləcəyi, qalıqların Valenciada məhkəmə tibb təşkilatına aparılacağı və DNT testindən keçiriləcəyi ifadə edildi.
Səlahiyyətlilər, istintaq başladılan hadisələ əlaqədar İspan dövlətinə qarşı ilk dəfə dava açılma ehtimalı olduğuna işarə etdi.
Qeyd olunur ki, İspaniyada 2007-ci ildə dövrün sosialist hökumətinin çıxardığı \”Tarixi Yaddaş\” qanunu ilə Franco dövründə gülləyə duranlara basdırıldığı məzarların açılmasına icazə verilir.
Digər tərəfdən iqtidardakı sağ fikirli Xalq Partiyasının bu mövzuya əhəmiyyət verməməsi, hətta bəzi yerli rəhbərliklərin qarşı çıxması səbəbiylə qazıntı əməliyyatları çox yavaş irəliləyir.
Zərər çəkmiş şəxs ailələr, Franco dövründə 100 mindən çox adamın itdiyini, ədədləri iki mindən çox olduğu hesab olunan toplu məzarlardan 700 min-dən çoxunun hələ də açılmadığını ifadə edir.
İnterpress.az