Merkeldən Trumpa reaksiya: “Bu qərar bizi dayandıra bilməz”backend

Merkeldən Trumpa reaksiya: “Bu qərar bizi dayandıra bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Almaniya Baş naziri Angela Merkel, ABŞ prezidenti Donald Trumpın Paris İqlim Razılaşmasından çəkilmə qərarını böyük kədərlə qarşıladığını söylədi.
Merkel, bu gün paytaxt Berlində verdiyi açıqlamada, ABŞ rəhbərliyinin qərarını tənqid edərək, \”ABŞ-ın Paris müqaviləsindən çəkilmə qərarı, yumşaq bir dillə söyləmək lazım olsa son dərəcə təəssüf verici. Paris anlaşması dünya ölkələri arasındakı iş birliyinin təməl sütunlarından birini təşkil edir. 2030-ci ilin gündəmində nəzərdə tutulan hədəflərə çatmaq üçün də bu razılaşma zəruri\”- dedi.
ABŞ-ın mövzuya bağlı açıqlamasından sonra irəliyə baxılması lazım olduğunu ifadə edən Merkel, \”Bu qərar, bizim kimi özlərini dünyamızın qorunmasına həsr etmiş insanları dayandıra bilməz. Əksinə Almaniyada, Avropada və bütün dünyada, iqlim dəyişikliyi kimi insanlıq üçün əhəmiyyətli olan bu böyük imtahanı ələ almaq və bu imtahanı uğurla bacarmaq üçün bütün gücləri birləşdirməliyik. Bu yolun bütün insanların yaxşılığına olduğuna və dünyada daha çox rifaha və fürsətə yol aça biləcək bir dinamizm yaradacağına səmimiliklə inanıram. \” dedi.

Dünyanın qoruna bilməsi üçün Paris İqlim müqaviləsinə ehtiyacı olduğunu deyən Merkel, \”Bu mövzuda heç bir şey bizi dayandıra bilməz. Almaniya və hökumətim adından, bu razılaşmadan irəli gələn məsuliyyətlərimizi yerinə yetirəcəyimizi söyləmək istəyirəm. Bunu xüsusilə iqlimin maliyyələşdirilməsi baxımından deyirəm. Bu, dünyadakı ən kasıb və çətin vəziyyətdə olan ölkələrə kömək etməlidir. Əks təqdirdə iqlim dəyişikliyindən qaynaqlanan problemlərin öhdəsindən gələ bilməyəcəklər \”- dedi.

20 il əvvəl başladılan cəhdlər nəticəsində təxminən 1 yarım il əvvəl imzalanan Paris İqlim sazişini tarixi bir müvəffəqiyyət olaraq qiymətləndirən və razılaşmanın nəticədə müvəffəqiyyətli olacağını müdafiə edən Merkel, \”Bu yol, heç şübhəsiz ki, daşlarla dolu olacaq. Siyasətə başladığım gündən bu yana bunu tez-tez yaşadım. Ancaq keçən 20 ilə belə bir baxdığımda, bu yolun dönüşü olmadığına qətiliklə inanıram. Bu səbəblə, nə qədər çox qrupun, dövlətin və şirkətin, ABŞ-dan də daxil olmaqla, bu yolu bizimlə getmək istədiklərini görəndə çox duygulanıram və bzi bu yolda birlikdə irəliləyəcəyik\”- dedi.

Gələcək iqlim konfransının Almaniyanın Bonn şəhərində ediləcəyini və bu konfransı təşkil Fiji Adalarını dəstəkləyəcəklərini ifadə edən Merkel, bu ölkənin iqlimin qorunmasına xüsusi ehtiyacı olduğunu söylədi.

Fransa prezidenti Emmanuel Macron ilə də telefon görüşməsi edərək, iqlimin qorunması mövzusunda gələcəkdə atıla biləcək addımlar mövzusunda fikir mübadiləsi etdiklərini da ifadə edən Merkel, \”planetimizin gələcəyinə əhəmiyyət verən hər kəsə, dünyamız adına müvəffəqiyyətli ola bilmək üçün bu yolda birlikdə gedin deyirəm\”- bildirdi.

İnterpress.az