İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, avtomobil yarışlarının keçirildiyi Nürburgring sahəsində cümə, şənbə və bazar günləri ərzində davam edəcək festival, açılış günündə konkret terror həyəcanı səbəbiylə ləğv edildi.
Koblenz polisindən edilən şərhdə, terror təhdidi ehtimalına diqqət çəkilərək, festival sahəsinin tədbir məqsədli boşaltıldığı bildirildi. Festival sahəsinə gələn 90 min müsiqi sevər isə edilən anons səbəbiylə festival sahəsini idarəli bir şəkildə tərk etdi.
Almaniyanın ən məşhur Rock festivalının açılışında Rammstein qrupunun Almaniya yerli vaxtı ilə 22.30 sıralarında səhnə alması gözlənilirdi. Bu arada Təşkilatçılar isə festivala Şənbə günü davam etməyi ümid etdiklərini açıqladılar.
Məlumata görə, Manchesterdəki konsert sonrasında edilən terror hücumu səbəbiylə \”Rock am Ring\” festivalı üçün 200 min polislə əlavə təhlükəsizlik tədbirləri alınmışdı.
Qeyd edək ki, \”Rock am Ring\” festivalı Almaniyada 1985-ci ildən bu yana nizamlı şəkildə həyata keçirildi.
İnterpress.az