Nazirlikdən İnterpress.az-a daxil olan məlumatda bildirilir ki, xəbərlər əsassızdır: \”Xırdalan şəhərində yerləşən, Cəbrayıl rayonuna aid məktəbin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloji taboruna məxsus itlərdən birinin hücumuna məruz qalması barədə əsassız məlumat yayılıb. Qeyd olunan məktəbin yaxınlığında yerləşən FHN-ə məxsus qurumda itlər saxlanılmır. Bir daha diqqətə çatdırırıq ki, yayılmış məlumatın heç bir əsası yoxdur\”.
İnterpress.az