İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Leo Varadkar, koalisiya hökumətinin ən böyük partiyası mərkəz sağ Fine Gaelin liderliyinin yanında, İrlandiyanın da ilk homoseksual baş naziri olacaq.
38 yaşında Varadkar eyni zamanda İrlandiyanın ən gənc baş naziri ünvanına da sahib olacaq. Siyasətə gəlmədən əvvəl ailə həkimliyi edən Varadkar, İrlandiyalı bir tibb bacısının və Hind bir həkimin övladıdır.
Cümə günü səsvermə nəticəsinin açıqlanmasından sonra Varadkar \’qürur duyduğunu\’ söylədi və \”Əgər mənim seçilməyimin göstərdiyi tək bir şey varsa, o da bu Respublikada ön mühakimənin varlığıdır\”-deyə bildirdi.
Varadkar, \”Atam İrlandiyaya gəldiyində, ev qurmaq üçün 8000 kilometr səyahət edib, oğlunun böyüyüb bu ölkənin lideri olacağı xəyal belə etməmişdir\” dedi.
Yeni lider, İrlandiya Məclisi üzvləri, senatorlar, millət vəkillərindən ibarət olan seçici heyəti ilə partiya üzvləri və yerli nümayəndələrin səsləriylə təyin olundu.
Varadkar səslərin yüzdə 60- nı alaraq, rəqibi infrastruktur naziri Simon Coveneyi geridə buraxdı. Yeni liderin Baş nazirlik kreslosunu gələcək həftələrdə, Enda Kennyden təhvil alınması gözlənilir.
Enda Kenny, 2011-ci ildə baş nazir seçilmişdir, ancaq partiya içindəki müxaliflərin təzyiqi nəticəsində may ayında istefa etmişdi.
Varadkar, İrlandiyada 2015-ci ildə keçirilən referendumla homoseksual evliliyə təsdiq verilməsindən sonra homoseksual olduğunu açıqlamışdı.
İrlandiya bir zamanlar Avropanın ən mühafizəkar ölkələrindən biri olaraq tanınırdı və homoseksualizm 1993-ci ilə qədər cinayət sayılırdı.
Qeyd edək ki, Fine Gael Partiyasının yeni lideri, azlıq koalisiyasının müstəqil üzvləri tərəfindən də təsdiq ediləndən sonra baş nazir olacaq. Prosesin bir neçə həftə içində tamamlanması və Leo Varadkarın ay sonuna qədər baş nazirlik kreslosuna keçməsi gözlənilir.
İnterpress.az