Dünyanın ən yaşlı lideri Muqabe, 2018 seçkilərinə hazırlaşırbackend

Dünyanın ən yaşlı lideri Muqabe, 2018 seçkilərinə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Zimbabvenin 93 yaşındakı Dövlət Başçısı Robert Muqabe, gələcək il keçiriləcək prezident seçkiləri üçün işlərinə başladı. Milli mətbuatda yer alan xəbərlərə görə, Zimbabve Afrika Milli Birliyi-Yurtsever Cəbhənin (Zanu PF) paytaxt Hararede keçirtdiyi mitinqdə xalqa səslənən Muqabe, gələcək il keçiriləcək seçkilər üçün kampaniyasını başlatdığını açıqladı.
Muqabe, hökumətin ölkədəki Afrika mənşəli zənci vətəndaşların daha çox torpaq sahibi olması üçün çalışacağını vəd etmişdir.

Afrika ölkələrindəki ən yaşlı lider olan Muqabe, keçən il fevral ayında, 2018-ki seçkilər üçün özü xaricində uyğun bir namizəd olmadığını ifadə edərək namizəd olacağını bildirmişdi.

Zimbabvenin 37 ildir ölkəni idarə edən Robert Muqabe, daha əvvəl etdiyi şərhdə, \”İşimi edə bilməyəcəyimiz düşünsəydim bunu açıqca söyləyərdim. Zimbabve xalqının böyük əksəriyyəti əslində mənim yerimi dolduracaq birinin olmadığına inanır. Məndən sonra gələcək olanın mənim qədər qəbul edilən olmayacağına inanıram.\” demişdi.

Qeyd edək ki, Mugabenin zaman- zaman yığıncaqlarda yuxuya getməsi ictimai mediada zarafat mövzusuna çevrilir.

İnterpress.az