ABŞ Səfirliyi Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edibbackend

ABŞ Səfirliyi Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu tədbir, ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş fəaliyyətlər çərçivəsində baş tutub.

Bakı Amerika Mərkəzi, Amerika mədəniyyəti, dəyərləri və ABŞ-ın təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından Səfirliyin həyata keçirdiyi ən səmərəli proqramlarından biridir. Bu Mərkəz, məktəb şagirdlərini, tələbələri, ABŞ-da təhsil almış məzunları, təhsil işçilərini, ingilis dili müəllimlərini və mədəniyyət sahəsində çalışanları bir araya gətirir. Fəaliyyət göstərdiyi 10 il ərzində Bakı Amerika Mərkəzi 5,000-dən çox tədbir təşkil etmiş, 250,000-dən çox iştirakçını qəbul etmiş və 500 stajçı və könüllünün bilik və bacarıqlarının inkişaf etməsinə kömək göstərib.

Bütün bu illər ərzində Bakı Amerika Mərkəzinə ev sahibliyi etmiş Azərbaycan Dillər Universiteti ilə ABŞ Səfirliyi arasında həyata keçirilən əməkdaşlığın əhəmiyyətini daha da möhkəmləndirmək baxımından 10-cu ildönümünün qeyd olunması çox vacib məqamdır. Fəaliyyətinə yalnız bir kitabxana otağı ilə başlamış Bakı Amerika Mərkəzində bu gün təlim otaqları, Uşaq Guşəsi və uşaqlara, gənclərə elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə proqramları öyrənmək imkanı yaradan, bu yaxınlarda yaradılmış “Maker Space” (Yaradıcılıq Məkanı) fəaliyyət göstərir.

Tədbirdə iştirak etmək, uğur hekayələri, Mərkəz və Mərkəzin innovativ proqramlarında, xüsusilə peşəkar inkişaf üçün resurs rolunu oynayan “Maker Space” (Yaradıcılıq Məkanı) və ingilis dili proqramlarında iştirak etməklə əldə etdikləri nailiyyətlər barəsində məlumat vermək üçün Bakı Amerika Mərkəzi keçmiş əməkdaşlarını və fəal istifadəçiləri də dəvət edib.

Bakı Amerika Mərkəzi, Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri və hazırda Vaşinqton DC-də Beynəlxalq İnformasiya Proqramları (BİP) Koordinatorunun müavini vəzifəsini icra edən Conatan Henik və Azərbaycan Dillər Universitetinin keçmiş rektoru, professor Səməd Seyidovun dəstəyi ilə 2007-ci ildə fəaliyyətə başlamışdır. Tədbirdə cənab Henikin əvvəlcədən yazılmış video müraciəti də təqdim olunub.

ABŞ Səfirliyi Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edib

ABŞ Səfirliyi Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edib

ABŞ Səfirliyi Bakı Amerika Mərkəzinin fəaliyyətinin 10-cu ildönümünü qeyd edib

İnterpress.az