İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Brüsseldə keçirilən Avropa Birliyi Çin Zirvəsinin ardından Çin Xalq Respublikasının Baş naziri Li Keqiang, AB Komissiyası Başçısı Jean Claude Juncker ilə AB Şurasının sədri Donald Tusk ortaq mətbuat konfransı təşkil etdi. Toplantıda AB və Çin arasında əməkdaşlığın artacağını söyləyən Tusk, iki gücün də məsuliyyətlərini boynuna götürəcəyini ifadə edərək, \”Bu gün Çin və Avropa, gələcək nəsillər ilə bütün planet üçün məsuliyyət və həmrəylik göstərmişdir\” dedi.
\”Amerikanın Paris İqlim Anlaşmasından ayrılma qərarının böyük bir səhv olduğunu düşünürük\” deyən Tusk: \”Ancaq biz ABŞ olsun ya da olmasın iqlim dəyişikliyiylə döyüşməyə və araşdırmalara, yeniliklərə və texnoloji irəliləyişlərə davam edəcəyik\”- ifadələrini istifadə etdi.
İnterpress.az