İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, ölkədə 2013-dən bəri 19 həbsxana məhkumsuz qaldığı üçün bağlanılmışdı. Hökumət, bu ilin 5 həbsxananı daha bağlama qərarı verdi. Ədalət naziri Ard van der Steur, boş həbsxanaları açıq tutmağın büdcəyə gərəksiz yük gətirdiyini ifadə etdi. Ancaq bağlanılan həbsxanalardakı 2 min gözətçi və məmurun vəziyyəti müzakirə mövzusu oldu. Hökumət bunların yalnız 700-ü başqa vəzifələrə yönləndirəcəyini açıqladı.
Qeyd edək ki, Hollandiya, boş qalan həbsxana kameralarını məhkum sıxlığından əziyyət çəkən Norveç və Belçikadan məhkum idxal edərək doldurmuşdu.
İnterpress.az