İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şair Nazim Hikmətin anma mərasimində təqdim olunan \’Nazim Hikmət Dostluq Mükafatının bu ilki sahibləri Ankarada keçən il dekabr ayında uğradığı sui-qəsd nəticəsində həyatını itirən Rusiyanın Ankara səfiri Andrey Karlov və sənətçi Rutkay Əziz oldu. Mərhum səfir adına mükafatı yoldaşı Marina Karlova qəbul etdi. Mükafat mərasimi əvvəli \”Hürriyyət\”-ə açıqlama verən Marina Karlova: \” Tale və qismətdə nə varsa o da olmalıdır. Nazım Hikmət də yoldaşım Karlov da iki ölkə arasında dostluq körpüləri qurmağa çalışdı. Rəhmətlik yoldaşımın bu mükafata layiq görülməsi səbəbiylə bu gün mərasimə sevə – sevə gəldim. Yaşadığımız tragediyanın acısı çox böyük və təzə olduğu üçün bu günə qədər Türk mətbuatına danışa bilmədim. İndi bir qədər özümə gəlmişəm. Onun üçün sizinlə indi söhbət etməyi qəbul etdim. Ən səmimi duyğularımla söyləyirəm. Nə Türkiyəyə, nə də canıma yaxın, möcüzə kimi Türk insanlarına qarşı kin və nifrətim yoxdur. Yoldaşımı öldürən canilərə verə biləcəyim ən yaxşı cavab budur. Onların məqsədi onsuz da bizi bir-birimizə düşmən etmək idi. Şükürlər olsun, nə bizim, nə də sizin rəhbərləriniz bu tələyə düşmədi … Ümumi mənada üstün gəldi. Acı var mı, var. Qalacaq mı, qalacaq \”dedi.
Türkiyə ilə əlaqələrini kəsməyəcəyini ifadə edən Marina Karlova, bunları söylədi: \”Həyat yoldaşım kimi diplomatiya qabiliyyətim bəlkə yoxdur. Ancaq Türkiyə ilə irəlidə də əlaqədə qalacağam. Yoldaşımı öldürənlərə hər fürsətdə haqsız olduqlarını qışqıracağam. Bu istiqamətdə hazırda nələr edə biləcəyimi bilmirəm. Acım daha çox təzə. İrəlidə özümü daha yaxşı hiss etdiyimdə, bəlkə Türk mətbuatının da köməyiylə bu istiqamətdə işlər görə bilərəm\”- dedi.
İnterpress.az