İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Nümayəndələr Məclisi, seçkilərin ardından son hökumətin Sağlamlıq, Sosial Yardımlaşma və İdman naziri Edith Schippersi yeni hökumətin qurulmasında koalisiya variantlarının araşdırılması üçün təyin etmişdir.
Schippersin, Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD), Xristian Demokratlar Birliyi (CDA), Demokrat 66 (D66) və Yaşıl Sol (GL) partiyaları arasında etdiyi müzakirələrdə xüsusilə köç mövzusunda yaşanan anlaşılmazlıq səbəbiylə koalisiya danışıqları seçkilərdən iki ay sonra blok edilmişdir.
Bu prosesdən sonra siyasi liderlər ilə 2 tur seçkilərində iştirak edən Schippers, bu görüşlərdən sonra fərqli bir nəticəni görməyincə vəzifəsindən istefa vermişdi.
Nümayəndələr Məclisi, keçən həftə hökuməti qurma vəzifəsini son hökumətdə Dövlət Nazirliyi vəzifəsini icra edən 75 yaşındakı Herman Tjeenk Willinke vermişdi.
Willink, hökumətin qurulması mövzusunda tələsik davranma tərəfdarı olmadığını vurğulayaraq siyasi liderlərlə danışıqlara başlamışdı.
Qeyd edək ki, toplam 13 partiyanın 150 yerlik məclisə girdiyi Hollandiyada, ən az 4 partiyalı bir koalisiya yaradılması gözlənilir.
Ölkədəki heç bir siyasi partiya, məclisdə 20 deputatı əldə edərək ikinci böyük siyasi partiya olan Geert Vildersin liderliyindəki həddindən artıq sağçı Azadlıq partiyası ilə (PVV) koalisiya qurmaq istəmir.
Xatırladaq ki, Hollandiyada 2012-ci ildə keçirilən ümumi seçkilərdən 54 gün sonra iki partiyalı koalisiya hökuməti qurulmuşdu.
İnterpress.az