İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Sərhədsiz Həkimlər təşkilatı (MSF), hər gün yüzlərlə dinc vətəndaşın şəhərdən qaçaraq, Rakkanın şimalındakı qaçqın düşərgələrinə sığındığını açıqladı. MSF, bu ana qədər 10 minə yaxın vətəndaşın sığındığını qeyd etdi.
Məlumata görə, ABŞ liderliyindəki DEAŞ əleyhdarı koalisiya gücləri, terror təşkilatı PKK-nın Suriya əlaqəsi YPG-nin böyük əksəriyyəti meydana gətirdiyi Demokratik Suriya Güçləriylə (DSG) birlikdə Rakkaya girməyə hazırlaşır.
Rakkanın əhalisi 200 min olaraq təxmin edilsə də, şəhərdə hal-hazırda neçə adamın yaşadığı bilinmir.
İnterpress.az