İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Mursinin kiçik oğlu Abdullah Mursi, anası Necla Əli Mahmud və bacısı Şeymanın, atasını saxlandığı \”Tora\” həbsxanasına ziyarət etdiklərini söylədi.
Dörd ildən sonra reallaşan ilk səfərin bir saat davam etdiyini, Mursinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu ifadə edən Abdullah, ailədən kimin ziyarətə gedəcəyini də Misirli səlahiyyətlilərin təyin etdiyini ifadə etdi.
Mursinin vəkillərindən Abdulmunim Abdulmaksud isə Mursinin yoldaşı və qızının yanında vəkili olaraq özünün də səfərdə iştirak etdiyini ifadə etdi. Abdulmaksud, səfəri \”müsbət bir inkişaf\” olaraq xarakterizə etdi.
Mursinin ailəsi tərəfindən 27 Mayda verilən açıqlamada: \”Mursinin həbsdə beşinci Ramazan ayına girdiyini və 4 ildir ziyarətinə icazə verilmədiyini\”- bildirmişdi.
Qeyd edək ki, yazdığı bir məktubun mediaya əks olunmasının ardından 2013-cı ildə Mursiyi ziyarət etmək qadağan edilmişdi.
İnterpress.az