İnterpress.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, UPD qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Məhəmmədəli Muxtar oğlu Nağıyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az