İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, polis, təcavüzkarlardan birinin Pakistanda doğulan İngilis vətəndaşı Khuram Butt olduğunu bildirdi. Evli və uşağı olan 27 yaşında Butt, bir neçə ildir Londonun şərqindəki Barkingdə yaşayırdı.
Digər təcavüzkar isə 30 yaşında Raşid Redouane olaraq açıqlandı. Səlahiyyətlilər, Redouanenin Liviya mənşəli olduğunu qeyd etdi.
Qeyd edək ki, Butt, Redouane və üçüncü bir təcavüzkar, hadisə gecəsində polis tərəfindən öldürülmüşdü.
İnterpress.az