İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump, Yaxın Şərq ziyarətində bölgədəki liderlərin radikal ideologiyaların maliyyələşdirilməsi ilə əlaqədar olaraq Qətəri işarə etdiklərini bildirdi.
Trump, Qətər və bəzi ərəb ölkələri arasındakı böhranla əlaqədar \”Twitter\” hesabı üzərindən paylaşma etdi.
ABŞ prezidenti paylaşmasında, \”Yaxın Şərqə səfərimdə radikal ideologiyaların artıq maliyyələşdirilməyəcəyi söylədim. Liderlər Qətərı işarə etdi, baxın!\” ifadələrini istifadə etdi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Yəmən dünən səhər etdikləri şərhlərlə \”terrora dəstək verməklə günahlandırdıqları\” Qətər ilə diplomatik əlaqələrini kəsdiklərini bildirmişdi. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn, ölkələrinin hava sahəsini Qətərə bağlayaraq, Qətərli diplomatların 48 saat içində ölkələrindən ayrılmasını istəmişdi.
İnterpress.az