Paytaxt istiqamətində hərəkət edən “Ford” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər – sürücü, Ucar rayonu Müsüslü kənd sakinləri 23 yaşlı Hamil Abdullayev, qardaşı 28 yaşlı Samir Abdullayev və onların anası 51 yaşlı Gülzar Abdullayeva dünyasını dəyişib. Samir Abdullayevin 6 yaşlı oğlu isə xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İnterpress.az