İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada rəsmi təmaslarda olan Səudiyyə Ərəbistanı xarici işlər naziri Cübeyr, həmkarı Sigmar Gabriel ilə təşkil etdiyi mətbuat konfransında, bəzi ərəb ölkələri ilə Qətər arasında son günlərdə yaşanan gərginliyə dair açıqlamalar verib.
Cübeyr, Qətərın uzun illərdir müəyyən təşkilatları dəstəkləmə mövzusunda addımlar atdığını və bu mövzuda bir əməkdaşlıq imkanı tapa bilmədiklərini izah edib. Qətərın qardaş və ortaq ölkə olaraq gördüklərinin vurğulayan Səudiyyəli nazir, \”Amma qardaş qardaşına səhvinin nə olduğunu söyləməlidir. Səhvini başa düşməsi üçün tövsiyələri dinləməlidir\”- dedi.
\”Terrorizmin bitirmək üçün çalışmalıyıq\”
Cübeyr, təhlükəsizlik mövzusunda Almaniya ilə əməkdaşlığın çox yaxşı olduğunu və bunu daha da inkişaf etdirməyi məqsəd qoyduqlarını ifadə etdi. Terrorizmin dini, əxlaqı, insanlığı və dövləti olmadığını vurğulayan Cübeyr, \”Terrorizmi bitirmək üçün çalışmalıyıq. Müttəfiqlərimizlə həddindən artıq düşüncələrə qarşı birlikdə hərəkət etməliyik. Ərəbistanı bu mövzuda özünə düşən vəzifəni etməkdədir.\” deyə danışdı.
Gabrielin gərginliyi azaltmaq çağırışı
Almaniya xarici işlər naziri Sigmar Gabriel də Almaniya və Avropa olaraq Körfəzdəki gərginliyin artmamasını istədiklərini söylədi.
Kuveytin vasitəçilik cəhdlərini müsbət qarşıladıqlarını vurqulayanı Gabriel, gərginliyin aradan götürülməsi üçün əllərindən gələni edəcəklərini ifadə etdi. Alman nazir, bölgədə yaşanan gərginliyin DEAŞ-a qarşı mübarizəni iflasa uğramaması lazım olduğunu ifadə edərək, \”Almaniya və Avropa olaraq Körfəzdəki gərginliyin artmamasını istəyirik.\” dedi.
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Yəmən, Maldiv və Liviya-Tobruk rəhbərliyinin hədəf gördükləri Qətərın önünə beş sual qoyulduğu bildirilir.
– Terror təşkilatı olaraq qəbul edilən qrup və hərəkətlərə maddi dəstəyin dərhal son verilməsi. Bunlar Müsəlman Qardaşlar, DEAŞ və Əl-Qaidə olaraq sıralanır.
– Yəməndə hökumətə qarşı döyüşən şiə Husilərə maliyyə dəstəyin kəsilməsi.
– İranın bölgədə təsirini gücləndirmə səylərinə qarşı çıxması və bu ölkəni dəstəkləyən tutumu tərk etməsi.
– Qətər mərkəzli və beynəlxalq nəşr edən Əl-Cəzirə televiziyasının nəşr siyasətinin dəyişdirilməsi.
– Körfəz Əməkdaşlıq Şurası (Kik) tərəfindən əldə olunan razılaşmaların yerinə yetirilməsi.
İnterpress.az