İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, açıqlamada bu ifadələrə yer verilib:
\”İlk və ən əhəmiyyətli olaraq iki lider, ekstremizm və terror qruplarının maliyyələşdirilməsi ilə mübarizə aparmaq üzrə, Riyadda razılaşmanın tətbiq olunmasının əhəmiyyəti mövzusunda razılığa gəlib. Ayrıca Başçı (Trump), regional sabitliyin yayılması üçün birləşmiş Körfəz Əməkdaşlıq Şurasının davam etdirilməsinə dair fikir irəli sürüb\”.
Açıqlamada, iki liderin radikal ekstremizm maliyyələşdirilməsi dayandırılması və terrorun məğlub olması mövzusunu ələ aldıqları qeyd edilir.
Trump dünən Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz və Qatar Əmri Şeyx Təmim bin Hamad Al Sani ilə də ayrı-ayrı telefonda görüşmüş və bəzi ərəb ölkələri ilə Qətər arasındakı böhranla bağlı fikir mübadiləsi irəli sürmüşdür.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir və Yəmən, \”terrora dəstək verməklə günahlandırdıqları\” Qətər ilə diplomatik əlaqələrini kəsdiklərini bildirmişdi. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn, ölkələrinin hava sahəsini Qətərə bağlayaraq, Qətərli diplomatların 48 saat içində ölkələrindən ayrılmasını istəmişdi.
İnterpress.az