İnterpress.az xəbər verir ki, Əcəmi Naxçıvanı küçəsində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindəki mənzillərdən birində yanğın olub. Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.
Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib, yanğının qarşısı alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. (apa)
İnterpress.az