İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, polisin məlumatına görə, gecə yarısından sonra səfirlikdə meydana gələn partlayış törədənin şəxsiyyəti hələ təyin olunmayıb.
Təhlükəsizlik idarəsinin mətbuat katibi Oksana Blişçik, ictimai media hesabından etdiyi şərhdə hadisəni \”terror aktı\” olaraq qiymətləndirib.
Blişçik, hücumda ölən və ya yaralanan olmadığını qeyd edib.
Ukrayna Daxili İşlər naziri müşaviri Anton Geraşçenko da Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) ABŞ səfirliyi təhlükəsizlik vəzifəliləriylə iş birliyi etdiyini və bombanı atan adamı təsbit etmək üçün video qeydlərini araşdırmağa başladığını söyləyib.
İnterpress.az