İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Suriyalı jurnalist Musa əl-Ömərin Twitter hesabında paylaşdığı fotoşəkillər böyük bir şok təsiri yaratdı. Livanda çox sayda Suriyalı qaçqın kasıblıq içərisində yaşayır.
Yaşanan kasıblığa tragik bir nümunə isə Livanda bir xəstəxanada doğmaq istəyən bir Suriyalı qadın oldu. Suriyalı qadın doğum sancılarının artması nəticəsində ən yaxındakı xəstəxanaya gətirildi, ancaq xəstəxanaya alınmadı. Ağrıları dözülməz səviyyədə olan qadın xəstəxana qarşısında doğum etmək məcburiyyətində qaldı.
İnterpress.az