İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da bir ana uşağı ilə birlikdə yemək yedikləri restorandakı avtomatdan oyuncaq top aldı. Oyuncağın içərisindən 136 qram kokain çıxdı.
Uşağın topla bir müddət oynadıqdan sonra içərisindən ağ bir toz çıxdığını fərq edən qadın polisə xəbər verdi. Oyuncaqdan çıxan tozu test edən polis kokain olduğunu təsbit etdi. Polis qutudan 136 qram kokain çıxdığını ifadə etdi.
Restoranın sahibi ilə danışan polis avtomata baxılmaq üçün araşdırma apardı. Narkotiklə bir əlaqəsi olmadığını iddia edən restoranın sahibi avtomatın özünə aid olmadığını, restoranındaki bu bölgəni şirkətdən kirayə götürdüyünü söylədi.
İnterpress.az