Komi Trampın eks-müşavirinin Rusiya səfiri ilə danışığını şərh etməkdən imtina edibbackend

Komi Trampın eks-müşavirinin Rusiya səfiri ilə danışığını şərh etməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən “Washington Post”un 23 yanvar tarixli “FTB Flinn-Kislyak danışıqlarını araşdırıb və şübhəli heç bir şey aşkarlamayıb” sərlövhəli xəbəri şərh etməyi xahiş edib.

“Mən bunu şərh etmək istəmirəm. Mən kifayət qədər əminəm ki, FTB heç bir danışıqları təsdiqləməyib”, – deyə Komi qeyd edib.

KİV-lər xüsusi xidmət qurumlarına istinadən Maykl Flinnin səfir Sergey Kislyakla Rusiyaya qarşı sanksiyaların ləğvi barədə danışıqlar apardığını iddia etmişdilər. KİV-lər Flinni danışıqların məzmununu tam açıqlamamaqda ittiham etmişdilər. Flinn ittihamları rədd etsə də, qeyd olunan qalmaqal fonunda istefa vermişdi. Kreml Flinn-Kislyak danışıqlarının keçirildiyini etiraf edir. Moskva danışıqların məzmunun təhrif edildiyini iddia edir. (apa)

İnterpress.az