Milli komandamız da bu gün növbəti matçına çıxıb.
Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda Şimali İrlandiya millisini qəbul edib. Bu görüşdə millimiz minimal hesabla məğlub olub – 0:1.
Bu qələbə ilə Şimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib. Millimiz isə 7 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, millimiz Belfastdakı oyunda da Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.
İnterpress.az