İnterpress.az-ın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskvada görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.
\”Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. \”Status-kvo\”nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, \”status-kvo\” qəbuledilməzdir\”, – deyə nazir qeyd edib.
İnterpress.az