Finlandiyada hökumət düşdübackend

Finlandiyada hökumət düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hökumət ortağı Gerçək Finlilərin Partiyasında meydana gələn lider dəyişikliyindən sonra koalisiyanın iki ortağı Mərkəz Partiya ilə Birlik Partiyası liderləri, Gerçək Finlilərin Partiyasının yeni seçilən lideri Jussi Halla-aho ilə hökumətin gələcəyini müzakirə etmək üçün bu səhər bir yerə gəldilər.
Koalisiya ortaqlarından irqçi Sannfinländarna Partiyasının (Gerçək Finlilərin Partiyası) başına dünən təsis qurultayında \”nifrət ifadəsi günaxı\” ilə məhkum olmuş Jussi Halla-aho gətirilmişdi.
Saat 10.00-dan etibarən üç saat davam edən yığıncağın ardından irqçi partiya lideri Jussi Halla-aho bir şərh etmədən yığıncaqdan ayrıldı. Bir müddət görüşmələrini davam etdirən Mərkəz Partiya lideri və Baş nazir Juha Sipilä və Birlik Partiyası sədri Petter Orpo yığıncaqdan sonra etdikləri şərhdə Gerçək Finlilərin Partiyası ilə yeni seçilən başçıları liderliyində hökumətə davam etmələrinin mümkün olmadığını açıqladılar.
Finlandiyanın rəsmi olmasa da həqiqətən düşdüyünü, ortaya çıxan yeni vəziyyətlə birlikdə Mərkəz Partiya lideri baş nazir Juha Sipilänin müxalifətlə yeni bir koalisiya hökuməti qurmaq üçün görüşəbiləcəyini və erkən seçkinin gündəmə gələ biləcəyi ehtimal edilir- Siyasi müşahidəçilərin verdiyi şərhdə deyilir.

İnterpress.az