Qətərə Avropadan dəstək gəldibackend

Qətərə Avropadan dəstək gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, keçdiyimiz həftə Körfəzdə suların istiləşməsinə səbəb olan Qətər böhranının arxasından Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn, bu ölkə ilə diplomatik əlaqələrini kəsmiş və bəzi sanksiyalar almışdı.
Qətərın mühasirəyə alan və Qətər hava sahəsini xarici dünyaya bağlamağa çalışan bu ölkələrə etiraz İngiltərədən gəldi. İngiltərə xarici işlər naziri Boris Johnson:-\”Bu ölkələrin etdiyi sərt hücumlardan ötəri narahatam. Qətərə qarşı mühasirəni aradan götürmək yaxşı olardı\”- dedi.
Qeyd edək ki, Johnson bu həftə BƏƏ və Səudiyyə Ərəbistanından səlahiyyətlilərlə də bir araya gələcək.
Qətər xarici işlər naziri Es Sani isə AB ölkələrinin böhranda vasitəçilik vəzifəsində olmadığını, amma təzyiqi salmaq üçün çalışdıqlarını ifadə edərkən, Birləşmiş Ərəb Əmrliklərinin Qətərin İranla daha çox iqtisadi əlaqəsi olduğunu söylədi. Es Sani, Müsəlman Qardaşlar və HƏMAS-a dəstəklərinə görə ortaya atılan iddiaların həqiqəti əks etdirmədiyini da vurğuladı.

İnterpress.az