Egeydəki zəlzələdən sonra Yunanıstandan qərar- Boşaldılırbackend

Egeydəki zəlzələdən sonra Yunanıstandan qərar- Boşaldılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bölgədən gələn yeni görüntülər adanın bir hissəsinin rəsmi olaraq xarabaya döndüyünü gözlər önünə sərir.

Ege dənizində meydana gələn zəlzələ, Yunanıstanın Midilli Adasını vurdu. Onlarla ev və iş yeri ilə məktəblərdə ziyan meydana gəldi. Evli və 2 uşaq anası 44 yaşındakı Helen VALE həyatını itirdi, 34 insan yaralandı. Valeyinin dağıntı altındakı cəsədinin iti tərəfindən tapıldığı öyrənildi.

Zəlzələdə, zərər görən məktəblər tətil çıxdı, imtahanlar təxirə salındı. Əsgər və polis, yıxılan ev və iş yerlərində tədbirləri artırarkən, bəzi körpü və yolların da zəlzələdə istifadə edilə bilməz hala gəldiyi, onlarla heyvanın tələf olduğu ifadə edildi.

Zəlzələdə ən böyük ziyan, adadakı Vrisa və Plomari kəndlərində yaşandı. Dağıntı altında qalan başqa kəslərin də ola biləcəyi düşünülərək axtarış qurtarma işlərinə davam edildiyi bildirildi.

Zəlzələnin ən böyük ziyanı verdiyi ümumi 1850 adamın yaşadığı Vrisa və Plomari kəndlərinin tamamilə boşaltılmasına başlandı.
Zəlzələdən zərər çəkmiş insanlar Midilli mərkəzdə qurulan çadır şəhərdə və adadakı pansiyonlara yerləşdirilib.

Egeydəki zəlzələdən sonra Yunanıstandan qərar- Boşaldılır

Egeydəki zəlzələdən sonra Yunanıstandan qərar- Boşaldılır

İnterpress.az