“ABŞ ordusunun vəziyyəti məni şok etdi”backend

“ABŞ ordusunun vəziyyəti məni şok etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”yə istinadən xəbər verir ki, Nümayəndələr Məclisi Hərbi Qüvvələr Komitəsində, ABŞ prezidenti Donald Trumpın 2018-ci ilə bağlı büdcə təklifi haqqında təşkil edilən iclasda müdafiə naziri James Mattis ifadə verdi.

\”Ordunun vəziyyəti şok etdi\”

Mattis:- \”Büdcə kəsintisinin qüvvəyə mindikdən üç ay sonra təqaüdçü oldum. Bundan dörd il sonra (Pentaqona) geri döndüm. Döndüyümdə də ordumuzun döyüşə hazırlıq vəziyyətini görüncə şok oldum\” -dedi və əlavə etdi: -\”Büdcə kəsilməsinin ordumuzun döyüşə hazırlıq vəziyyətinə verdiyi zərəri heç bir düşmən vermədi\”.

Trumpın büdcəsi müzakirə edilir

Pentaqon, 574 milyard dollar ümumi müdafiə maliyyəsinə, 65 milyard dolları da əlavə xərclərə ayrılmaq üzrə 639 milyard dollar büdcə tələb etmişdi. Trumpın büdcə planı isə, Pentaqonun büdcəsində əhəmiyyətli bir artım edilməsini öncədən proqnozlaşdırılsa da, güc istifadəsi tərəfdarı Respublikaçılardan istədiyi büdcə artımının gerisində qalır.

İnterpress.az