İlan tərəfindən dişlənilən ər, birlikdə ölmək istədiyini söyləyərək…backend

İlan tərəfindən dişlənilən ər, birlikdə ölmək istədiyini söyləyərək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəhərli ilan tərəfindən dişlənilən adam, yoldaşıyla birlikdə ölmək istədiyi üçün yoldaşını dişləyərək zəhərləməyə çalışdı. \”Gulf News\”-in xəbərinə görə, talehsiz adam həyatını itirərkən, dişlədiyi yoldaşı həkimlər tərəfindən xilas edildi.

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Birsingpur adlı kənddə yaşayan Shankar Rai, gecə yatarkən ilan tərəfindən sancılır. Oyandığında özünü pis hiss edən Shankar, vəziyyətini yoldaşına söyləyir. Yoldaşına, onu çox sevdiyini və bu dünyadan birlikdə ayrılmaq istədiyini söyləyən Shankar Rai, dişlərini yoldaşının biləyinə keçirir. Daha sonra Shankar Rai və həyat yoldaşı Amiri Devi şüurunu itirir.

Qonşular cütlüyü xəstəxanaya çatdırırlar, həkimlərin səylərinə baxmayaraq Shankar Rai xəstəxanada həyatını itirir, lakin həyat yoldaşının həkimlərin zamanında müdaxilə sayəsində həyatı xilas olunur.

Hadisə ilə əlaqədar açıqlama verən qadın Amiri Devi: \”Məni çox sevdiyini və birlikdə ölmək istədiyini söylədi. Sonra biləyimdən tutaraq, dişlədi. Mən də bunu etməsinə icazə verdim\”- ifadələrini istifadə etdi.

İnterpress.az