İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının başını çəkdiyi qonşuları tərəfindən diplomatik mühasirəyə alınan Qətərdən ən dramatik xəbər gəldi. Bir həftədir təcrid edilən ölkədə həyatını itirən bir Səudiyyə Ərəbistanı vətəndaşının cənazəsi ortada qaldı.
Qanun səbəbiylə cənazələri ala bilmədilər
Sosial mediaya da əks olunan xəbərə görə, Riyad rəhbərliyinin icazə verməməsi səbəbiylə qohumlar cənazəni almaq üçün Qətərə gələ bilmədi. Doha rəhbərliyinin cənazəni göndərmə cəhdi də yenə Səudiyyə Ərəbistanı tərəfindən əngəlləndi.
Yüzlərlə Qətərli cənazəyə qatıldı
Yüzlərlə Qətərlinin hörmətlərini göstərmək üçün öldüyü torpaqlara basdırılan Səudiyyə vətəndaşının cənazəsinə qatıldığı bildirilir.
Dünyaya elan ediləcək
Qətər Milli İnsan Haqqları Komissiyası (NHRC), təcrid yol açdığı insan haqqlarını dünyaya elan edəcəyini eşitdirdi.
İnterpress.az