Cristiano Ronaldoya vergi qaçaqçılığı günahlandırmasıbackend

Cristiano Ronaldoya vergi qaçaqçılığı günahlandırması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Prokurorluq, Ronaldo əleyhinə iddia açıldığını bildirib.

Ronaldo, imic haqqlarından əldə etdiyi gəlirləri bir növ \”iş modelini\” istifadə edərək, bilərəkdən saxlamaqla günahlandırılır.

Dekabr ayında sızan sənədlər isə Ronaldonun gəlirini off-shore hesablarında tutaraq vergi qaçırdığını göstərirdi.

Ronaldo daha əvvəl, saxlayacaq heç bir şeyi olmadığı üçün vergidən yayınma kimi prosesin ona aid olmadığıı söyləmişdi.

Ronaldo, Portuqaliyalı bir jurnalistin bu hadisə ilə əlaqədar yönəltdiyi suala:- \”Quien no dəbə no teme\”- (saxlayacaq bir şeyi olmayanın qorxacaq bir şeyi də olmaz\”) cavabını vermişdi.

Forbes-ə görə dünyanın ən çox qazanan idmançısı

Forbes jurnalının dünyanın ən zənginləri siyahısına görə, Ronaldo son iki ildir dünyanın ən çox qazanan idmançısı olma ünvanını əlində tutur.

Ronaldo, keçən il klubundan aldığı ödəniş, mükafatları və reklamlardan ümumi 93 milyon dollar qazanmışdı.

İnterpress.az