İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Venesuela Əlaqə naziri Ernesto Villegas, prezident Maduro tərəfindən qələmə alınan məktubun Papa Franciscoya göndərildiyini Twitterdən açıqladı. Məktunda bildirilir ki, Maduro sağ müxalifətin şiddət hərəkətlərində uşaqlardan istifadə etməməsi və müxalifət ilə yenidən dialoq masasının qurulması üçün Papadan kömək istəyir.
Nazir Villegas, qarşıdurmalarda uşaqların istifadə edilməsinin beynəlxalq müqavilələrlə qadağan edildiyini vurğulayaraq müxalifətə, uşaqları və gəncləri şiddət hərəkətlərindən çıxarılması üçün çağırış etdi.
Papa Francisco, Dominikan Respublikasının keçmiş başçısı Leonel Fernandez, Panamanın keçmiş başçısı Martín Torrijos və keçmiş İspaniya baş naziri Joze Luis Rodríguez Zapatero vasitəçiliyi hökumət və müxalifət arasında dialoq prosesi keçən oktyabr sonunda başladılmışdı. Lakin müxalifət, prosesin başlamasından dərhal sonra hökumətin razılaşma ilə qərarı pozduğu iddiasıyla danışıqları buraxmışdı. Vasitəçilər keçən yanvar ayında hər iki tərəfə də təqdim etdiyi müddəti yeniləmə təklifi, müxalifət tərəfindən rədd edilmişdi.
İnterpress.az