260 manata görə adam öldürdü – 18 il cəza aldıbackend

260 manata görə adam öldürdü – 18 il cəza aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə iclası yekinlaşıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə dövlət ittihamçısı çıxış edərək R.Xalıqovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edərəl müvəkkilinə sanksiyadan aşağı həddə cəza verilməsini xahiş edib.

R.Xalıqov isə son sözündə əməlindən peşman olduğunu söyləyib və yüngül cəza verilməsini istəyib.

Müşavirədən sonra məhkəmənin hökmü elan edilib. Hökmə əsasən o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.

Qəsəbə sakini Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.

Qatilin cinayət hadisəsini törətdikdən sonra onun evdən 260 manat pul apardığı məlum olub.

O, Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunub.

R.Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib və 2 min manat məbləğində cərimə edilib. (musavat)

İnterpress.az