İnterpress.az xarici mətbuata istinadən xatırladır ki, Londonun qərbində yerləşən Latimer Roadda 27 mərtəbəli bina alovlar içində yandı. Gecə saatlarında başlayan yanğın səhərə qədər davam etdi. 200 xilasedicinin müdaxilə etdiyi yanğında çox sayda adamın öldüyü ifadə edilir. Binada qalanlar var. Bəzi şahidlər isə özlərini binadan atanlar olduğunu iddia etdi, bəziləri isə örtükləri bağlayıb aşağıya enməyə çalışıb.. İlk rəsmi şərhə görə hadisədə 30 nəfər yaralanıb. Yanğının partlayan bir soyuducudan qaynaqlandığı deyilir.
London Təcili yardımı, yaralanan 30 adam müxtəlif xəstəxanalara qaldırıldığını açıqladı.
\”Sky News\”-a danışan Kensington və Çelsi Şəhər Şurası Başçısı Nick Paget-Brown:- \”Yanğın başlayanda içəridə neçə adam olduğunu bilmirik, ancaq, yüzlərlə də ola bilərdi\” – dedi və bina içində qalan olub olmadığına bağlı bir məlumat olmadığını vurğuladı.
Televiziya aparıcısı George Clarke, binadan 100 metr uzaqda olmasına baxmayaraq üstünün küllə örtüldüyünü və üst mərtəbədə qalan bəzi kəslərin əl fanarı ilə kömək istədiklərini və çölə çıxa bilmədiklərini söylədi.
İnterprtess.az