“Həmsədrlərdən heç nə gözləmirəm” – Ziyafət Əsgərovbackend

“Həmsədrlərdən heç nə gözləmirəm” – Ziyafət Əsgərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Vitse-spiker deyib ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilsəydilər, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı: \”Həmsədrlər Ermənistana işğalçı olduğunu, torpaqları azad etməli olduğunu bildirməlidir. Bunu demirlərsə, həmsədrlərdən heç nə gözləmirəm”.

Z. Əsgərov qeyd edib ki, ermənilər həmsədrlər regiona səfər edərkən hər zaman atəşkəsi pozublar, təxribatlar törədiblər: “İndi də belə təxribatlar törədirlər və deyirlər ki, Azərbaycan atəşkəs rejimini pozur. Bu, həm bizə, həm də həmsədrlərə bəllidir. Lakin nəyə görə həmsədrlər bu təxribatlara cavab vermirlər”.

İnterpress.az