İnterpress.az xəbər verir ki, sərəncama əsasən, doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli \”Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 7 nəfərdən ibarət olan ailə 23 ildir Cocuq Mərcanlıda yaşayır və kəndin yeganə sakinləri hesab olunur.
İnterpress.az