İnterpress.az-ın xəbərinə görə, bu barədə dövlət katibi Reks Tillerson Senatda dinləmələr zamanı deyib.
“Onlar deyir: Xahiş edirik, Rusiya ilə münasibətlərlə məşğul olun, onlar yaxşılaşmalıdır. Onlar əmindirlər ki, münasibətlərin daha da pisləşməsi onların da vəziyyətini yan keçməyəcək”, – deyə Tilerson qeyd edib.
Onun sözlərinə görə, bu Amerikanın yanaşmasıdır.
Bundan əvvəl Tillerson ABŞ-Rusiya münasibətlərinin ən aşağı həddə çatdığını bildirib.
İnterpress.az