“Taleyimizi tək olan Allah bilir. Ölüm bir gün…”backend

“Taleyimizi tək olan Allah bilir. Ölüm bir gün…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, \”Putin Reportajları\” (The Putin Interviews) üçün ABŞ-lı rejissor Oliver Stoneyə müsahibə verən Rusiya Dövlət Başçısı Vladimir Putin, şəxsiyyətiylə bağlı etiraflar edib. Putin Reportajlarının ikinci hissəsi üçün nəşr olunan frangmentdə, Putin buz xokkeyinə 60 yaşında başladığını söyləyərək əlavə edir- \”Başlayanda heç oynaya bilmirdim\”.

Nadir hallarda at mindiyini də ifadə edən Putin:- \”Təəssüf ki atdan yıxılmışam. Atın başı üzərindən uçdum\”.
Müsahibədə Stonenin:-\”Siz taleyinizdə nə olacaqları bilirsinizmi?\” sualına Putin:- \”Taleyimizi tək olan Allah bilir. Ölüm bir gün hamımızın qapısını döyəcək. Əhəmiyyətli olan, o zaman gələnə qədər, bu müvəqqəti dünyada bacarıqlı olub, həyatdan zövq almaq lazımdır\”-deyə cavab verir.

\”Taleyinə inananlar suda boğulmazlar\”

Stone, Putinin beş sui-qəsd cəhdindən xilas olduğu ilə bağlı etibarlı məlumatlara sahib olduğunu söyləyir.
Onlarca sui-qəsddən xilas olunan Kuba İnqilabın əfsanəvi lideri Fidel Kastro ilə də söhbət etdiyini izah edən Putin bu cəhdlərin təhlükəsizlikləri tərəfindən maneə törədildiyinə eyham edir.
\”Mən öz işimi görürəm, təhlükəsizlik səlahiyyətliləri də öz işlərini. İşlərini müvəffəqiyyətli bir şəkildə yerinə yetirirlər. Onlara güvənirəm, taleyinə inanalar suda boğulmazlar\”.

\”Kimsə həyatda qala bilməz\”

Putin, Stonenin, iki nüvə güc arasında müharibə olacağı halında üstün olacaq tərəfin ABŞ olub-olmayacağı sualına:- \”Belə bir qarşıdurmada kimsənin həyatda qalacağını düşünmürəm\”- cavabını verir.

İnterpress.az