\”Xətai” metrostansiyası yaxınlığında yerləşən çoxmərtəbəli binanın damına çıxan şəxslər haqlarının bərpa ediləcəyinə dair söz verilməyincə fikirlərindən yayınmayacaqlarını bildirirlər.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Saatlarla söhbət aparılsa da, vətəndaşları fikirlərindən döndərmək mümkün deyil.
Musavat.com-un hadisə yerində olan müxbiri FHN əməkdaşlarının icazəsi ilə binanın damına çıxaraq, intihar cəhdinə əl atan şəxslərlə həmsöhbət olub, onların tələblərini lentə alıb. Onların tələbi keçmiş MTN rəhbərliyinin onlara etdiyi haqsızlıqlardır. Vətəndaşlar haqlarının bərpasına dair vəd verilməyincə binadan enməməkdə israrlıdırlar.
Hazırda FHN əməkdaşları və polis əməkdaşları onlarla danışıqlar aparır.
İnterpress.az