İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, toqquşma nəticəsində hər iki avtomobil dərəyə yuvarlanıb.
Qəza zamanı 5 nəfər yaralanıb.
Bunlar Qusar sakinləri – 1991-ci il təvəllüdlü Cərullayev Tarıyel Muxtadır oğlu və Hacıverdiyev Elşən Rövşən oğlu, həmçinin 1995-ci il təvəllüdlü Səfərəliyev Seymur Zöhrab oğlu, 1991-ci il təvəllüdlü Tağıyev Surxay Valeh oğlu və Xaçmaz sakini 1983-cü il təvəllüdlü Mirzəyev Azər Əbülfəz oğludur.
Yaralılardan 4-ü Xudat, 1-i isə Xaçmaz rayon xəstəxanalarına yerləşdirilib.
Xudat xəstəxanasında yaralılar arasında Seymur Səfərəliyev və Xaçmazda Reanimasiyaya yerləşdirilən Elşən Hacıverdiyevin vəziyyəti olduqca ağır qiymətləndirilir.
Yaralılardan birinin polis əməkdaşı olduğu bildirilir.
İnterpress.az