Türk Hava Yollarından işçilərinə “sosial media” xəbərdarlığıbackend

Türk Hava Yollarından işçilərinə “sosial media” xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yolları dünən yayımladığı məlumatlandırma ilə işçilərindən sosial mediada etdikləri paylaşımlar məsələsində bir qədər diqqətli olmağı istəyib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni düzənləmə ilə pilot və kabin məmurları uniformalı şəkillərini sosial media vasitəsilə paylaşa bilməyəcək.

Şirkətin müdiri Bilal Ekşinin imzası ilə işçilərə paylanan xəbərdarlıqda bildirilir ki, “şəxs sosial media hesablarındakı paylaşımların məzmununa şəxsən özü cavabdeh ola bilər, amma şirkətin uniforması ilə sosial media və internet platforması üzərindən etdiyi paylaşımlar Türk Hava Yolları Anonim Ortaqlığının nüfuzuna, marka dəyərinə və qurumun prinsiplərinə zərər verməsinin qarşısını almalıdır ”.

THY rəhbərliyi tərəfindən müəyyənləşdirilən qaydalar bütün işçiləri əhatə edir. Uniformalı şəkil, video paylaşımları artıq qadağan olunur. Şirkət işçilərindən iş saatları daxilində etməli olduqları işləri foto və video vasitəsilə paylaşmamasını istəyib. THY iş məqsədli istifadə üçün işçilərinə verdiyi kompüter, cib telefonu və internet istifadəsi ilə bağlı qanuna uyğun olaraq, hər hansı xəbərdarlıq etmədən işçilərinin sosial hesablarını təqib etmə, ehtiyac gördüyü zaman isə detallı incələmə haqqına da sahib olacaq.

İşçilər nəyi paylaşa bilməyəcək? İlk növbədə onların THY-də işlədikləri ilə bağlı məlumat və ya hər hansı vizual detal sosial media hesablarında yer almayacaq. Mövcud markaya zərər verəcək, hüquqi nəticələr yarada biləcək paylaşımlardan imtina ediləcək. Paylaşımlarda THY adına hər hansı bir ittiham və işlədikləri qurum adına ittiham, bəyan və vədlər yer almayacaq. İşçilər özündə məxfilik daşıyan məlumat və sənədləri sosial mediadan paylaşa bilməyəcək.

Uniformalı şəkil və video paylaşımı edilə bilməyəcək.

Yeni tətbiqetmə ilə uniformalı paylaşıma da yasaq gətirilib. Paylaşılan şəkillərdə əxlaq və ya təhlükəsizlik məsələsindəki məlumatlara diqqət ediləcək. Bu şəkil, video və məlumatların üçüncü şəxslər tərəfindən pis məqsədlə istifadə oluna biləcəyi ehtimalı yaddan çıxarılmayacaq.
İşçilərin THY-in rəsmi sosial şəbəkə hesabları tərəfindən yayımlanmış xəbərləri, məlumatlandırmaları, anketləri paylaşa biləcək. Sosial mediada THY haqqında xəbərlərə yaxşı məqsədli belə olsa, şərh yazanlarla hər hansı yazışmalar edilməyəcək. Əksinə, belə şərh sahibləri ilə bağlı THY-nin müvafiq işçilərini xəbərdar etmək lazım gələcək.

İşçilər Türkiyə cümhuriyyətini qurum və quruluşları, dövlət böyükləri və rəhbərləri, milli və mənəvi dəyərlər, rəhbərlər və çalışanlar haqqında tənqid sərhədlərini aşan, kin və nifrət xarakterli, cəmiyyəti ayrımçılığa sövq edən, işə zərər verə biləcək, etikadan kənar və ya siyasi xarakterli ifadə və ya həqarət məzmunlu eyhamlara da yer verməyəcək.

Bundan başqa, işçilər THY-nun məhsul və xidmətləri haqqında aşağılayıcı ifadələrdən istifadə etməyəcək. Dini, etnik, mədəni, siyasi fərqlilikləri qabardaraq, bu mövzular başda olmaq üzrə cinsi, terror, idmanla bağlı cinayət tərkibi olan, özündə şiddəti əks etdirən, ifadə azadlığının sərhədlərini aşan, aşağılayıcı paylaşımlara yer verməyəcək.

Yayımlanan məlumatlandırmada qeyd olunub ki, bu qaydalar THY və ona daxil şirkətlərin bütün işçilərinə aiddir. (musavat)

İnterpress.az