İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, araşdırmaya görə, 1909-cu ildən bəri hər il ənənəvi olaraq təşkil edilən siyasətçilərin beysbol matçı əvvəlində məşq edən təxminən 10 siyasətçi sahədəykən silahlı hücuma məruz qalıb. Dünən isə Steve Scalisea hücumu reallaşdıran 66 yaşında James T. Hodgkinson olduğu təyin olundu.
Virginianın Alexandria bölgəsində hücumdan əvvəl beysbol sahəsinin ətrafındakılara:- \”Sahədə Respublikaçılar mi var yoxsa Demokratlar mı\” deyə soruşub. Bu arada isə, ABŞ prezidenti Donald Trump təcavüzkarın vurularaq öldürüldüyünü açıqlayıb.
Məlumata görə, Hodgkinsonın Trumpın sevmədiyi Demokrat siyasətçi Bernie Sandersin idealı olaraq gördüyü ortaya çıxıb. Hodgkinsonın təsadüfi atəş açdığı təyin olunub.
Hodgkinsonın Facebook üzərindən Respublikaçılara qarşı qruplara üzv olduğu ifadə edilərkən 22 Martda:- \”Trump xaindir, demokratiyanı yox etdi. Trumpın ortadan götürülməsinin zamanı gəldi \”ifadəsini istifadə etmişdi.
İnterpress.az