Türkiyədə CHP millət vəkili 25 il həbsə məhkum edilibbackend

Türkiyədə CHP millət vəkili 25 il həbsə məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, məhkəmə \”MİT tırları olayı\” ilə 2015-ci il mayın 29-da \”Cumhuriyet\” qəzetində dərc olunan xəbərlə bağlı hökmünü açıqlayıb. E. Bərbəroğlu \”dövlətin gizli məlumatlarını siyasi və hərbi casusluq məqsədilə açıqlamaq\” ittihamı üzrə əvvəlcə ömürlük həbsə məhkum edilib, lakin yekunda cəzanı 25 ilə endirib. E. Bərbəroğlu həbslə bağlı prosedurların yerinə yetirilməsi üçün məhkəmə binasındakı polis bölməsinə aparılıb.

Məhkəmənin qərarından sonra CHP rəhbərliyi fövqəladə toplantıya çağırılıb.

Qeyd edək ki, eyni iş üzrə mühakimə edilən jurnalistlər Can Dündar və Erdəm Gül haqda qərar verməyən məhkəmə onların dosyesini cinayət işindən ayırıb. Bu şəxslərin mühakiməsi davam edəcək. Hazırda C. Dündar mühacirətdədir.

İnterpress.az