İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki: Saat: 11.20 \”Ədalət Yürüyüşü\”nü başlamaq üçün partiya rəhbərləri ilə \”Güvenparka\” gələn CHP Ümumi Başçısı Kamal Kılıçdaroğlu çıxışında: \”Diktatorlarla qarşı-qarşıyayıq. Ədalətin olmadığı bir ölkədə yaşamaq istəmirik\”- dedi.
\”Bu ölkəyə ədalət ya gələcək, ya da gələcək. Daha əvvəl söylədiyim kimi, əgər bir əvəz ödəmək lazımdırsa o əvəzi əvvəl biz ödəyəcəyik. Bu ölkənin gələcəyi üçün, uşaqlarımızın gələcəyi üçün həmişə birlikdə mübarizə etmək məcburiyyətindəyik. Bu yürüşümüzün bir siyasi partiyayla əlaqəsi yoxdur. Bu gediş müqəddəs bir yürüşdür, bu gediş ədalət yürüşüdür. Ədaləti istəyən hər kəs bu gedişə dəstək vermək məcburiyyətindədir. Həbsxanalar tıxanacan dolu olan bir ölkədə ədalət olmaz. Ədalətin olmadığı bir ölkədə dövlət olmaz. Ədalətin olmadığı bir ölkədə sülh olmaz. Ədalətin olmadığı bir ölkədə dinclik olmaz. Ədalət ədalət ədalət … Bu nəcib anlayışın mənasını vermək, bu nəcib anlayışın gərəyini etmək məcburiyyətindəyik. Hər kəsin düşüncəsinə hörmətlə yanaşırıq. Hər kəsin siyasi baxışına hörmət edirik. Amma hər kəs, amma hər kəs mühakiməni, mühakimənin müstəqilliyini və ədaləti müdafiə etmək məcburiyyətindədir. Biz üzərimizə düşəni edirik. Ədaləti müdafiə edirik. Bütün dünya duysun. Biz Türkiyədə öz torpaqlarımızda diktator rəhbərliyiylə qarşı-qarşıyayıq. Diktatorlara qarşıyıq. 20 iyul zərbəsini edənləri istəmirik. Öz ölkəmizdə demokratiya istəyirik. Azadlıq istəyirik. Taşeron işçilər, təqaüdçülər, kəndlilər, işçilər, məmurlar hər kəs üçün ədalət istəyirik. Ədalətin olmadığı yerdə insan olmaz. İnsanca yaşamaq üçün ədalət istəyirik. Ədalətin olmadığı bir yerdə dövlət də olmaz, ədalətin olmadığı bir yerdə insan da olmaz. O səbəblə ədalət gedişini başlayırıq. Bu gün gedəcəyəm. Ümid edirəm, vicdanları kar olanlar bizim bu yürüşümüzün mənasını qavrayarlar. Ümid edirəm vicdanları kar olanlar bizim bu yürüyüşümüzə, bizim bu səsimizə, bizim bu sözümüzə qulaq verərlər. Biz gərginlik istəmirik, biz döyüş istəmirik. Biz birlikdə dinclik içində yaşamaq istəyirik. Biz məhkəmələrdə jurnalistlər istəmirik. Biz həbsxanalarda jurnalistlər istəmirik. Biz həbsxanalarda müəllimlər istəmirik. Bu səbəbdən bunlar bizə acı verir və bu ağrını sonlandırmamız lazımdır. Söyləmişdim, əgər bir əvəz ödəmək lazımdırsa o əvəzi əvvəl mən ödəyəcəyəm. İndi gedirəm, gedəcəyəm. İstanbula qədər bu son olmayacaq. Bizim yürüşümüz bu ölkəyə ədalət gələnə qədər davam edəcək.
İnterpress.az