Pişikləri restorana “dovşan əti” deyə satacaqdıbackend

Pişikləri restorana “dovşan əti” deyə satacaqdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Lenta Ru\”ya istinadən xəbər verir ki, Çinin şərqindəki Ciuciang şəhərində, evində təxminən 500 pişiyin olduğu bir adam nəzarətə alındı. Şübhəlinin bu pişikləri dovşan əti adıyla restoranlara satmağı planlaşdırdığı təxmin edildi.

Evindən davamlı olaraq pişik səsi gəlir

Qonşu, ətrafdakı pişiklərin itməsi və qonşu evindən davamlı pişik səsi gəlməsi üzərinə polisə müraciət edib.

Evdən 500 pişik aşkarlandı

Hadisə yerinə gedən polis qrupları, pişikləri qəfəs içində daşımağa hazırlaşan şübhəlinin təsbit etdi. Axtarışın nəticəsi şübhəlinin evində təxminən 500 pişik tapıldı. Xəbərə görə, pişiklərin istidən ölməməsi üçün qəfəslərin yanına ventilyator yerləşdirildiyi ifadə edildi.

Ev pişiklərini də oğurlanıb

Polis, şübhəlinin yalnız küçə pişiklərini deyil, ev pişiklərini də oğurlandığına dair ifadə verib. Pişikləri tutmaq üçün yem olaraq sərçələri istifadə ifadə edilən şübhəlinin, hər bir pişiyi 30 yuan (təxminən 4 dollar) qarşılığında satmağı planlaşdırdığı ortaya çıxıb.

Dovşan əti deyə satacaqdı

Sinqapur mərkəzli \”The Straits Times\” qəzeti, keçdiyimiz il Sichuan bölgəsindəki anbarlarda təxminən 1 ton təzə və dondurulmuş pişik ətinin olduğuna dair xəbər hazırlamışdır. Bu ətin də dovşan əti adıyla restoranlara satılması planlaşdırdığı ortaya çıxmışdır. Heyvan hüquqları müdafiəçilərinə görə, Çində hər il 10 elə 20 milyon arasında it yoxa çıxır.

İnterpress.az