Bakı-Qazax yolunda ağır qəza – 5 nəfər yaralandıbackend

Bakı-Qazax yolunda ağır qəza – 5 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yolun 330-cu kilometrliyində VAZ-2107 ilə “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-da olan sərnişinlər – 1962-ci il təvəllüdlü Mərziyyə Məmmədova, onun gəlini 1984-cü il təvəllüdlü Təranə Məmmədova və T. Məmmədovanın övladları – 10 yaşlı Raul, 9 yaşlı Nadil və 40 günlük Rəsul müxtəlif bədən xəsarətləri alıblar. Uşaqlar Gəncə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına, M. Məmmədova və T. Məmmədova isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

İnterpress.az