İnterpress.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.
“Vaşinqton polisi mayın 16-da baş vermiş insidentlə əlaqədar prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verdikdən sonra ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN rəhbərinin müavini Ümit Yalçınla görüşə dəvət olunub. Səfirə bildirilib ki, həmin qərar yanlış, qeyri-obyektiv və hüquqi cəhətdən əsassızdır”, – deyə bəyanatda bildirilir.
Qeyd olunub ki, Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahı qarşısında insidentin baş verməsinə səbəb yerli təhlükəsizlik orqanlarının lazımi tədbirlər görməməsi olub. (apa)
İnterpress.az